Menu Close

Koreya dilində sözlərin quruluşu vətəməl hərflər

Hələlik, Koreya hərflərini və hecalarını oxuya vətələffüz edənə qədər sözlər,qrammatika və ya başqa nəsə haqqında heç düşünmə.Koreya dilindəoxuya bilmədən digər hissələri öyrənməyə davam etmək çox çətindir.

Unit 0 dərslərində mən Koreya əlifbasına uyğun Latın hərflərini də işlədəcəm.Ancaq kəsinliklə məsləhət görərdim ki, Koreya əlifbasını öyrəndiyin andan Latın ekvivalentlərini işlətməkdən çəkinəsən.Məsələn,gələcəkdə bu kimi öyrənməyin əvəzinə:

학교 (hak-kyo) =məktəb
Belə öyrənməlisən:
학교 =məktəb

İstənilən halda bu işarələri öyrənmək asan deyil.İlk dəfədə onları yadda saxlamaq çətin olsa da,mütləq öyrənilməlidir.Xoşbəxtlikdən Koreyalıların əlifbası nisbətən sadədir,baxmayaraq ki, Latın əlifbasından istifadə edənlər üçün ilk dəfədə olduqca çətin görünür.Çünki kəsinliklə fərqlənir.

Diqqət et ki, Unit 0 dərslərində mən hərfləri Koreya əlifba sırasına uyğun öyrətməyəcəm.Əvvəlcə daha sadələri, növbəti dərslərdə isə daha mürəkkəb olanları öyrədəcəm.Yəni hərflərin əlifba sırası ilə öyrənməyin heç bir önəmi yoxdu.Bunu bilmək də pis deyil ancaq hələlik narahat olmaq üçün daha vacib məsələlər var.Əsl əlifba sırası aşağıdakı kimidir,hansı ki sait və samitlərə ayrılıb:

ㄱ ㄲ ㄴ ㄷ ㄸ ㄹ ㅁ ㅂ ㅃ ㅅ ㅆ ㅇ ㅈ ㅉ ㅊ ㅋ ㅌ ㅍ ㅎ
ㅏ ㅐ ㅑ ㅒ ㅓ ㅔ ㅕ ㅖ ㅗ ㅘ ㅙ ㅚ ㅛ ㅜ ㅝ ㅞ ㅟ ㅠ ㅡ ㅢ ㅣ

Mən hərflərin adlarından bu dərsdə danışıram.
Öyrənməli olduğun ilk Koreya samitləri aşağıdakılardır.Təssüf ki, onları izah etməyin heç bir
asan yolu yoxdur.Sadəcə əzbərləməyə çalış:

ㄱ= k
ㄴ= n
ㄷ= d
ㄹ=r/l*
ㅁ= m
ㅂ= b
ㅅ= s
ㅈ= j
ㅎ= h

*Bu hərfin latın qarşılığını yazmaq bir az çətindir.Buna görədir ki, Koreya və Yaponiyadan olan insanlar R və L səslərini tələffüz edəndə çətinlik çəkirlər.Bu hərfin tələffüzü (mənə görə) R və L arasında aralıq bir səs kimi gəlir.Nə tam olaraq R deyil,nə də L.

Davam etməzdən əvvəl çox vacib olan bir şeyi qeyd etmək istəyirəm.İnsanlar davamlı olaraq məndən Koreya hərflərinin tələffüzünü və onların latın qarşılığının necə olduğunu soruşurlar.Koreya işarələri Latın hərfləri ilə işarə edəcək heç bir mükəmməl yol yoxdur.İstənilən halda tam uyğunluq olmayacaq.Yuxarıda yazılanlar Koreya hərflərini Latın hərfləri ilə təsvir edən ən yaxşı haldır.İlk dəfə səsləri yadda saxlamaq üçün çox kömək olacaq.Ancaq unutmamalısan ki,səslər arasında kifayət qədər böyük fərqlər olacaq.Yəni istənilən halda belə təsvir etməyin heç bir mükəmməl yolu ola bilməz.Məsələn, sən çox zaman görəcəksən ki,

“K” və “G” – “ㄱ.”kimi
“D” və“T” -“ㄷ” kimi
“R” və “L” – “ㄹ” kimi təqdim edilir.

Reallıq budur ki,bu hərflərin heç biri Koreya dilində təqdim olunan səs qarşılığı kimi mükəmməl olaraq uyğunlaşmır.Koreya hərflərinin necə səsləndiyini bilməyin yeganə yolu onları dinləməkdir.Onları Latın qarşılığı ilə təsvir etmək üsulu bir işə yaramır.Dərslərimizdə(yalnız bu bölmədə deyil,gələcək dərslərdə də )sən sözlər,hərflər,cümlələrə uyğun olaraq verilmiş audio faylları da eşidə biləcəksən.Edə biləcəyin ən yaxşı şey həmin audio səslərə mümkün ola biləcək qədər çox qulaq asmaq və səslərə alışa bilməkdir.

Yenə də bu mərhələ üçün Latın qarşılıqlarını sənə kömək olsun deyə yadda saxla.Ancaq çalış onların tamamən eyni olduqlarını düşünmə. Sırada bilməli olduğun təməl saitlərdir.

ㅣ = i
ㅏ = a
ㅓ = eo
ㅡ = eu
ㅜ = u
ㅗ = o

Diqqət et ki, ilk 3 sait vertikal, aşağıdakı son 3 sait isə horizontal olaraq yazılır.Əgər nə dediyimi görə bilmirsənsə daha böyük təsvir üçün aşağıdakı şəklə bax

Bu şəkildə sən aydın görə bilirsən ki, soldakı 3 sait vertikal, sağdakı 3 sait isə horizontal yazılır.Aralarındakı fərq çox vacibdir.Çünki Koreya sözlərinin yazılma qaydası saitlərin vertikal ya horizontal yazılma şəklindən asılıdır.

Bunun necə baş verdiyinə nəzər yetirək.Koreya dili “bloklar” şəklində yazılır.Hər blok bir hecanı əmələ gətirir.1 blok həmişə dəqiq olaraq 1 hecaya malikdir. Bloklar HƏMİŞƏ aşağıdakı yolların biri şəklində yazılır:

Bu quruluşlar haqqında bilməli olduğun vacib qaydalar aşağıdakılardır:

1. Nömrə “2” HƏMİŞƏ saitdir.HƏMİŞƏ HƏMİŞƏ HƏMİŞƏ
2. Nömrə “1,3 (və bəzən 4)” HƏMİŞƏ samitdir.HƏMİŞƏ!
3. Horizontal yazılan saitdən ibarət bloklar həmişə aşağıdakı 2 yoldan biri şəklində yaılmalıdır.

4.Vertiklal yazılan saitdən ibarət bloklar isə həmişə aşağıdakı 2 yoldan biri şəklində yazılmalıdır.

İndi ki, qaydaları bilirsən sadəcə sait və samitləri birlikdə yazıb blok düzəltmək lazımdır.Məsələn mən “bab” yazmaq istəyirəmsə:

Mərhələ 1: Saitin horizontal ya vertikal yazıldığını müəyyən et. a (ㅏ) vertikal yazılır. Ona görə də biz aşağıdakılardan istifadə edəcəyik:

Mərhələ 2: Hecanın samitlə bitib/bitmədiyini təyin et.Bəli,bitir. Deməli biz 1,2,3 rəqəmlərini yerləşdirməliyik:

Mərhələ 3: Başlanğıc hərf “b (ㅂ)”, orta hərf “a (ㅏ)”, və son hərf “b (ㅂ)”-ni 1,2,3 rəqəmlərinə uyğun yaz:

Bitirmədən öncə bir az daha məşq edək:
ㄱ = k
ㅏ = a
ㄴ = n
ㅏ vertikal yerləşir ona görə də heca yaradanda belə yazmalıyıq: 간 (kan)

ㅂ = b
ㅓ = eo
ㅂ = b
ㅓvertikal yerləşir ona görə də heca yaradanda belə yazmalıyıq: 법 (beob)

ㅈ = j
ㅜ = u
ㅜ horizontal yerləşir ona görə də heca yaradanda belə yazmalıyıq: 주 (ju)

ㅎ = h
ㅗ = o
ㅗ horizontal yerləşir ona görə də heca yaradnda belə yazmalıyıq: 호 (ho)

Aşağıdakı cədvəllər bu dərsdə öyrədilən bütün hərfləri əhatə edir və onlardan necə hecalar
yarandığını göstərir.

1.cədvəl ancaq sonda samit istifadə etmədən yaradılan hecaları göstərir.Son samitin iştirakı ilə daha mürəkkəb hecalar yaratmaq olur.Onlar isə bir az daha aşağıda göstəriləcək.

Cədvəlin solundakı hərflərin üzərinə klikləməklə hər bir spesifik samit hər saitlə necə tələffüz olunur onu eşidə bilərsən.Səsləri dinləyən zaman Koreya samitlərini latın hərfləri ilə təsvir etməyə çalışanda alınan qeyri-müəyyənlik necə yaranır onu anlamağa çalış.Mən çox zaman Koreya dilini öyrənənlərdən “G” ya “K” ilə “ㄱ.” hərfini təsvir edək?” tipli suallar eşidirəm.“ㄱ” sütununa qulaq as və mənə de ki, bütün hallarda hansı hərf o səsi təsvir edə bilir? Sən deyə bilməzsən.Ona görə yeni öyrənməyə başlayanlar səslər və hərflər arasına belə problemlər yaşayır.Deyilənlər eynilə “B” və “P” ilə“ㅂ” +“R” və “L” ilə “ㄹ.” üçün keçərlidir.

Sən həmcinin cədvəlin yuxarısındakı hərflərə klikləməklə spesifik saitlərin hər samitlə necə səsləndiyini dinləyə bilərsən.Yenə qeyd edirəm, çalış Koreya saitlərinin yaratmalı olduğu səsi ayırd etməyə çalış.Koreya saitlərini təsvir etmək üçün latın saitlərini istifadə etmək sadəcə mümkün deyil.Çünki, tələffüz şəkli sözdən-sözə və insandan-insana dəyişir.

Ən yaxşısı bütün Latın/Koreya uyğunlaşdırılmasından uzaqlaşmaqdır.Çünki bu üsul ancaq qarışıqlıq yaradır.Mən yüksək dərəcədə təklif edirəm ki, Koreya hərfləri və sözlərinin düzgün tələffüzü ilə tanış olmaq üçün sənə təqdim olunan bu (həmçinin digər dərslərdə olacaq 1000lərlə digər ) səsyazmalardan istifadə edəsən.İlk dəfə üçün bir az çətin olacaq,ancaq uzun müddət öyrəndiyin zaman bunun dəyərini görəcəksən.

Bu cədvələ bxanda vacibdir ki,hər saitin samitlə necə qruplaşdığına diqqət edəsən.Mə sənə bu cədvəli və digərlərini ona görə göstərirəm ki, Koreya hecaları ilə tanış olasan.Diqqə et ki, bu strukturlar söz deyil.Söz düzəltmək üçün adətən birdən çox hecaya ehtiyac olur.

Növbəti 9 cədvəl yuxarldakı cədvəllə eynidir.Halbu ki,hər cədvəldə 1 spesifik samit hecanın son samiti kimi istifadə olunub.Yenə təkrar edirəm bu cədvəlləri öyrəndiyin hərflərin necə müxtəlif hecalar yaratdığını görəsən və dinləyəsən deyə təqdim edirəm.Əzbərləməyə heç bir
ehtiyac yoxdur.

son samit: ㅂ

 

son samit: ㅈ

 

son samit: ㄷ

귿
믿 먿

 

son samit: ㄱ

 

son samit: ㅅ

굿
릿

 

son samit: ㅁ

 

son samit: ㄴ

 

son samit: ㅎ

 

son samit: ㄹ

Bu dərs üçün bu qədər!Ümid edirəm fikirlərin çox qarışmadı.Davam etməzdən öncə sən

1.Bu dərsdə öyrədilən sait və samitləri ayırd etməyi bacarmalısan
2.Sait və samitləri birlikdə uyğunlaşdırıb heca yarada bilməlisən